Image

İlham Əliyev Kamboca Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda Prezident İlham Əliyev Kamboca xalqını milli bayram münasibətilə təbrik edib və ölkəyə sülh, əmin-amanlıq və rifah arzulayıb.

İlham Əliyev Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Prezident Kambocanın Baş naziri Hun Manetin bu yaxınlarda Azərbaycana rəsmi səfərinin dövlətlərarası əlaqələrdə yeni səhifə açdığını və əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib.

İlham Əliyev Azərbaycan-Kamboca dostluq əlaqələrinin xalqların mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu