Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Çin “SatNet” aşağı Yer orbitli internet peykləri sisteminin 29-cu qrupunu uğurla orbitə çıxarıb.Bu barədə “Xinhua” agentliyi xəbər verir.
CZ-12 (“Long March-12”) daşıyıcı raketi Haynan adasındakı kommersiya buraxılış məntəqəsindən havaya buraxılıb.
Bildirilib ki, peyklər nəzərdə tutulan orbitlərə yerləşdirilib və buraxılış uğurlu hesab edilib.
CZ-12 raketinin qaldırma gücü təxminən 5 000 kilonyutondur. Raketin uzunluğu 62 metrdir və 700 kilometr yüksəklikdə günəş-sinxron orbitə ən azı 6 ton faydalı yük çıxara bilir.
Çin meteoroloji, telekommunikasiya və naviqasiya peyklərinin hazırlanması, həmçinin Ay, Mars və asteroidlərin tədqiqi üçün texnologiyaların inkişafı da daxil olmaqla, milli kosmik proqramını genişləndirir.
Bundan başqa, Çin aşağı Yer orbitində beynəlxalq əməkdaşlıq üçün də istifadə olunan kosmik stansiyanı fəaliyyət göstərir.
Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirərək bu sahədə milli rekord müəyyən edib.
Mənbə: anews.az