Image

Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü

Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsində yaşayanlar arasında kanalizasiya xəttinin hara birləşdiriləcəyi ilə bağlı mübahisə yaranıb.

Onlar deyiblər ki, şəxsi vəsaitləri hesablarına tullantı sularının axıdılması üçün kanalizasiya xətləri çəkiblər.

Lakin indi həmin boruların mövcud kanalizasiya xəttinə qoşulması mümkün olmadığından, çətin vəziyyətlə üzləşiblər.

Şikayətçilərin sözlərinə görə, dəfələrlə məsələylə bağlı "İri Şəhərlərin Su Təchizatı Xidməti"nə müraciət edilib. Qurumdan bildirilib ki, hər iki küçədə yaşayanlar problemi öz aralarında həll edəcəkləri təqdirdə ara küçələrdəki xətt əsas xəttə birləşdiriləcək.

Kəpəz küçəsinin sakinləri isə deyirlər ki, kanalizasiya xəttini öz vəsaitləri hesabına çəkdiriblər.

Onların sözlərinə görə, digər küçədə yaşayanların da həmin xəttə qoşulması evlərində problem yaranmasına səbəb ola bilər.

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu