Image

Bütün istifadəçilər üçün videozəng funksiyası yaradıldı

"X" sosial şəbəkəsinin bütün istifadəçiləri üçün yeni imkanlar yaradılıb.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, artıq bütün istifadəçilər audio və videozəng funksiyalarından istifadə edə biləcəklər.

Bunun sayəsində istifadəçilər telefon nömrələrini bir-birinə vermədən dünyanın hər yerindən insanlarla söhbət edəcəklər.

Qeyd edək ki, bu funksiya ilk dəfə keçən ilin oktyabrında yalnız premium hesab sahibləri üçün keçərli idi.

Xəbər lenti