Image

"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir

Almaniyalı sabiq futbolçu Toni Kroosun İspaniyanın "Real" klubuna qayıtması istiqamətində işlər aparılır.

Madrid təmsilçisi keçmiş yarımmüdafiəçinin idman strukturunda vəzifə almasını istəyir.

Rəhbərlik Kroosun kluba töhfə verəcəyinə, vəzifədən asılı olmayaraq inkişafa ciddi təsir göstərəcəyinə inanır.

"Real"ın prezidenti Florentino Peres də sabiq oyunçunun qayıtması ideyasını dəstəkləyir.

2014-2024-cü illər aralığında paytaxt təmsilçisində çıxış edən Toni Kroos beş dəfə UEFA Çempionlar Liqasının, dörd dəfə İspaniya La Liqasının qalibi olub

Xəbər lenti