Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Səfərdə Andorra ilə üz-üzə gələn kollektiv 3:1 hesablı qələbə qazanıb.
Yığmanın heyətində Sevinc Cəfərzadə (15, 51) dubl müəllifi olub. Esra Manya (90+5) isə millinin üçüncü qolunu vurub.
Qarşılaşma "Andorra la Vella" stadionunda keçirilib.
Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.