“ChatGPT”də problem yaranıb
"OpenAI” şirkətinin “ChatGPT” süni intellekt çat-botunun fəaliyyətində qloal nasazlıq yaranıb. Bu barədə “Downdetector” portalı məlumat yayıb.
Nasazlıqlar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə olunur.
İnsanlar şəxsi kabinetə giriş problemlərindən, saytdakı nasazlıqdan və "ChatGPT"nin sorğulara gec cavab verməsindən şikayətlənirlər. Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olur.
"OpenAI"dan bildirilib ki, yaranmış problemlərdən xəbərdardırlar və aradan qaldırılması istiqamətində işlər aparırlar.