Image

“Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində bu gün keçiriləcək “Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb.Bu barədə "Sabah" klubunun mətbuat xidməti məlumat yayıb.

“Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena” 13 min tamaşaçı tutumuna malikdir. Bu gün saat 20:00-da start götürəcək qarşılaşmanı Rəvan Həmzəzadənin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk görüşdə tərəflər 2:2 bərabərliyə razılaşıblar. Bu gün qələbə qazanacaq komanda finalda artıq vəsiqəni təmin etmiş “Zirə”nin rəqibi olacaq.

Xəbər lenti