Image

"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı bəlli olub.

Yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edib. Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, "Sabah" adını finala yazdırıb və "Zirə"yə rəqib olub.

Xəbər lenti