Image

Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.

Bu barədə federasiyadan məlumat verilib.

Mayın 2–3-də Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə "Prezident Kuboku" təşkil olunacaq.

Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı, "Xəzər" Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq.

Yarış iki kateqoriyada - yeniyetmələr optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

"Prezident Kuboku" Bakı bulvarında, "Yaxt Klub"un yaxınlığında keçiriləcək

Xəbər lenti

"Bitcoin" ucuzlaşıb