Image

Avropanın uçan avtomobil texnologiyası Çinə SATILDI

Avropada hazırlanmış və uğurla sınaqdan keçirilmiş uçan avtomobilin texnologiyası Çin firması tərəfindən alınıb.

Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, indi onun dizaynı əsasında hazırlanan avtomobillər Çin daxilində istifadə olunacaq.

Qeyd edək ki, “BMW” mühərriki və normal yanacaqla təchiz edilmiş “AirCar” 2021-ci ildə iki Slovakiya hava limanı arasında uçuş-enmə zolaqlarından istifadə edərək 35 dəqiqə uçub.

Onun avtomobildən təyyarəyə çevrilməsi cəmi iki dəqiqə çəkir.

Xəbər lenti