Image

Süni intellekt ən böyük trendlər sırasında 30-cu yerdən 5-ci yerə yüksəlib

Süni intellekt sahəsi ən böyük trendlər sırasında 30-cu yerdən 5-ci yerə yüksəlib. Bunu AmCham Risk Menecmenti Komitəsinin Sədri Samir Kərimov bildirib.

"2024-cü ildə qlobal süni intellekt bazarının həcmi 280 milyard ABŞ dollarına çatıb. Bu artım rəqəmsallaşma, avtomatlaşdırma və innovativ texnologiyalara artan tələbatla bağlıdır",- o bildirib.

Araşdırma zamanı World Economic Forum-un “Global Risks Report 2026” hesabatı əsasında 1 300-dən çox ekspertin rəyi nəzərə alınıb.

Eyni zamanda, Eurasia Group-un “Top Risks 2026” hesabatında müəyyən edilən 10 əsas siyasi risk araşdırmaya daxil edilib.

Təqdimatda qeyd olunub ki, Allianz Risk Barometer 2026 hesabatı çərçivəsində 3 338 risk menecerinin, Aon Global Risk Survey 2025 sorğusunda isə 2 941 biznes liderinin mövqeyi öyrənilib.

Aytac Zeynalova

Xəbər lenti

Bu yol 2 gün bağlı olacaq