Image

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına yüksəlib.

Baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda yarımfinalda Serbiya yığmasını məğlub edib.

Bratislavadakı "Tipos Arena"da keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisinin yeganə qolunu Xətai Bağırov vurub.

Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında Azərbaycan komandası 3:1 hesabı ilə üstün olub və finala vəsiqə qazanıb.

Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Görüş iyunun 4-də keçiriləcək.

Mənbə: anews.az

Xəbər lenti

ABŞ-da zəlzələ olub