Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gəlib.
Əlavə vaxta gedən oyunda Azərbaycan komandası 14:12 hesablı qələbə qazanıb. Yığma sabah 1/4 finalda Almaniya ilə qarşılaşacaq.
Mənbə: anews.az