Image

Azərbaycan gimnastları finala vəsiqə qazanıblar

Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” beynəlxalq turnirində iştirak edən bədii gimnastika üzrə Azərbaycan millisinin 3 üzvü fərdi çıxışda final mərhəlisinə vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

Sofiya Məmmədova top və halqa, Şəms Müvəffəqi lentlə, Dəniz Abdulzadə isə gürzlərlə hərəkətlərin icrasında həlledici mərhələyə adını yazdırıb.

Qeyd edək ki, yarış aprelin 19-21-i aralığında keçirilir.

BAKU.WS

Xəbər lenti

Brent neft bahalaşıb

Xəzərdə zəlzələ olub