Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub
Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində baş verib.
Məlumata görə, “Baku Bus”a məxsus 18 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu “TIR” markalı yük maşını ilə toqquşub.
İlkin məlumata görə, qəza yük maşınının sürücüsünün düzgün manevr etməməsi nəticəsində baş verib.
Hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb.
Mənbə: anews.az