Gəncədə avtobus işıq dirəyinə çırpılıb
Gəncə şəhərində "Baku Bus"a məxsus sərnişin avtobusu işıq dirəyinə çırpılıb.
Hadisə şəhərin Nizami prospektində baş verib.
5 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində yol kənarındakı bir neşə ağac qırılıb, yol-hərəkət nişanı sıradan çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az