Azərbaycanda siqaret çəkən qadınların çoxu 65 yaşdan yuxarıdır
Azərbaycanda 65 yaşdan yuxarı qadınların 0,4 faizi siqaret çəkir. Bu göstərici 20-44 və 45-64 yaş qruplarında 0,1 faiz, 15-19 yaşlı qızlar arasında isə 0 faizdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
15 yaşdan yuxarı qadınların ümumilikdə 0,1 faizi siqaret çəkir.
Kişilər arasında isə bu göstərici 32,2 faiz təşkil edir.
Yaş qrupları üzrə kişilərin 45-64 yaşda olan 45,7 faizi, 20-44 yaşlıların 31,2 faizi, 65 yaşdan yuxarıların 32,8 faizi siqaret çəkir. 15-19 yaşlı oğlanlar arasında bu göstərici 0,6 faizdir.
Mənbə: anews.az