Image

“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib

Azərbaycan çempionu "Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Anews.az - ın məlumatına görə, Bakı təmsilçisi İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən Uelsin TNS klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-də və 14-15-də keçiriləcək. Baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" ilk görüşünü doğma meydanda keçirəcək.

Mənbə: anews.az

Xəbər lenti