Image

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

Gundem.az-ın məlumatına görə, bu yolla istifadəçilər simsiz şəbəkə üzərindən faylları paylaşa biləcəklər.

Şirkət, həmçinin, paylaşılan faylların uçdan uca şifrələnəcəyini açıqlayıb.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam nəzarət edəcəklər.

Qeyd edək ki, “WhatsApp” yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.

Xəbər lenti