Image

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti buğda partiyasının göndərilməsi həyata keçirilir.

Anews.az xəbər verir ki, bu gün Azərbaycandan tranzitlə ümumi çəkisi 490 ton olan 7 vaqon Rusiya mənşəli buğda Ermənistana yola salınacaq.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə 29 min tondan çox taxıl, 7 min tondan artıq gübrə, 414 ton antrasit, 133 ton alüminium və 68 ton qarabaşaq daşınıb.

Tranzit daşımalarla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da həyata keçirilib. İndiyədək 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini Ermənistana ixrac olunub.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb