Image

Bakıda UFC turniri start götürüb

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turniri başlayıb.

Milli Gimnastika Arenasında təşkil olunan yarış yerli vaxtla saat 17:00-da start götürüb.

Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək. Digər əsas qarşılaşmalarda azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo, Fərman Həsənov isə ABŞ təmsilçisi Erik Nolanla qarşılaşacaq. Tahir Abdullayevin rəqibi braziliyalı Cefferson Nasimento olacaq.

Turnirin ilkin görüşləri:

Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)

Bekzat Almakhan (Qazaxıstan) – Jan Matsumoto (Braziliya)

Daniil Donçenko (Ukrayna) – Teodor Bergqren (İsveç)

Kaan Ofli (Avstraliya) – Xavyer Reyes (Kolumbiya)

Nursulton Ruziboyev (Özbəkistan) – Andrey Pulyayev (Rusiya)

Abdul Rəhman Yaxyayev (Türkiyə) – Culius Uolker (ABŞ)

Fərman Həsənov (Azərbaycan) – Erik Nolan (ABŞ).

Əsas döyüşlər:

Abus Maqomedov (Almaniya) – Mixal Olekseyçuk (Polşa)

İkram Aliskerov (Rusiya) – Bruno Ferreyra (Braziliya)

Asu Almabayev (Qazaxıstan) – Çarlz Conson (ABŞ)

Nazim Sadıxov (Azərbaycan) – Mateus Kamilo (Braziliya)

Şarabutdin Maqomedov (Rusiya) – Mişel Pereyra (Braziliya)

Rafael Fiziyev (Azərbaycan) – Manuel Torres (Meksika).

UFC ilk dəfə 2025-ci ildə Bakıda turnir keçirib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib