Image

2026-2030-cu illərdə aqrar sahəyə 2 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur

Azərbaycan 2026-2030-cu illərdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı üzrə dövlət proqramının maliyyələşdirilməsinə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsait yönəltməyi planlaşdırır. Bunu maliyyə naziri Sahil Babayev bildirib.

Babayev Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, kənd təsərrüfatı qeyri-neft sektorunun prioritet sahələrindən biridir və hər il bu sahəyə subsidiya, güzəşt və digər dəstək alətləri vasitəsilə əhəmiyyətli dövlət dəstəyi göstərilir.

Nazir bildirib ki, Prezidentin 2026-cı il 25 may tarixli sərəncamı ilə “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

“Sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir. Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə 2026-2030-cu illərdə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur”, - Babayev deyib.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb