Rusiya MN bir gecədə 419 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb
Rusiya paytaxtı yenə Ukrayna donlarının hücumuna məruz qalıb.
Dünən axşam saatlarından başlayaraq Moskva regionunun səmasında 61 pilotsuz uçuş aparatı vurulub.
Moskva meri Sergey Sobyanin Ukrayna PUA-larının Moskva istiqamətində uçarkən vurulduğunu, dronların parçalarının düşdüyü yerdə təcili xidmətlərin çalışdığını açıqlayıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, dron Yeqoryevsk şəhərindəki fərdi evə düşəndən sonra yanğın baş verib. Nəticədə insanlar dağıntılar altında qalıb, xilasedicilər 4 nəfəri dağıntılar altından çıxarıblar, lakin altı aylıq körpə xəstəxanaya aparılarkən yolda ölüb.
Hava Hücumundan Müdafiə sistemlərinin Moskva vilayətinin Domodedovo, Çexov, Dubna, Kaşira, Voskresensk, Pavlovski Posad, Odintsovo, Bronnitsı, Ramenskoye, Stupino, Kolomna və Yeqoryevskdə 60 dron hücumunu dəf etdiyi bildirilib.
Mənbə: anews.az