Image

İndiyədək TANAP-la nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

 

İstismara verildiyi tarixdən indiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə 99,6 milyard kubmetr Azərbaycan qazı nəql edilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunun da 39,6 milyard kubmetri Türkiyəyə ixrac edilib.

bu gün "Şahdəniz-2" layihəsi çərçivəsində TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılmasından 8 il ötür. Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz infrastruktur layihəsi hesab olunur.

Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəqlini həyata keçirir. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatır və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşir.

 

Mənbə: anews.az

Xəbər lenti