Image

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah Bakının bir hissəsində qaz olmayacaq.Bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mənbə: anews.az

Xəbər lenti