Image

Paşinyan Tehranda Əli Xameneinin vida mərasimində iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edəcək.

Bu barədə ermənilərin İran parlamentindəki nümayəndəsi Ara Şahverdiyan ISNA-ya bildirib.

O, Ermənistan Baş nazirinin vida mərasimində iştirak etməyə hazır olduğunu bəyan edib.

İranın daxili işlər nazirinin müavini Əli Əkbər Purcəmşidiyan bu gün keçirdiyi mətbuat konfransında çoxsaylı islam və qeyri-islam ölkələrinin dövlət başçılarının, eləcə də İranın qonşu ölkələrinin mərasimdə iştirak etmək istədiklərini açıqlayıb.

Onun sözlərinə görə, 30-dan çox ölkə mərasimdə iştirak etmək üçün müraciət edib. 

Purcəmşidiyanın sözlərinə görə, son məlumata əsasən, 90-dan çox ölkədən dini liderlər, müxtəlif məzhəblərin nümayəndələri və alimlər mərasimdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

O əlavə edib ki, cümə günü Tehranda müxtəlif ölkələrin dövlət başçıları, rəsmi şəxsləri, din və məzhəb nümayəndələrinin iştirakı ilə rəsmi ehtiram mərasimi keçiriləcək.

Mənbə: anews.az

Xəbər lenti