Image

Pakistanda təhsil mərkəzinin damı çöküb, 14 uşaq ölüb

Pakistanın Lahor vilayətində yerləşən təhsil mərkəzlərindən birinin damı uçub.Bu barədə xarici KİV xəbər verir.

İlkin məlumatlara görə, hadisə nəticəsində 14 uşaq həyatını itirib.

Rəsmi qurumlar qəza zamanı 19 uşağın yaralandığını, onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu və təcili tibbi yardım briqadası cəlb olunub.

Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Hadisə ilə bağlı iki nəfər həbs edilib.

Mənbə: anews.az

Xəbər lenti