Hakan Fidan Ankarada Aİ rəsmiləri ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos və daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner ilə görüşüb.Bu barədə "TRT Haber" məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş Ankarada baş tutub.
Tərəflərin müzakirə etdiyi məsələlərin təfərrüatları açıqlanmayıb.
Mənbə: anews.az