Image

Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

AFFA-dan verilən məlumata görə, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsində Albaniyanın "Eqnatiya" və İrlandiyanın "Şemrok Rovers" komandaları arasında keçiriləcək cavab oyununda hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Qarşılaşma avqustun 13-də Albaniyanın Rroqojine şəhərində yerləşən "Eqnatiya" stadionunda keçiriləcək.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq