Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2026-cı ilin iyul ayı ərzində 93 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Mənbə: anews.az