Bakıda sərnişin avtobusunda yanğın baş verib - Video
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Mənbə: anews.az