Image

Moskvanın dörd əsas hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) təhlükəsizlik tədbirləri çərçivəsində Moskvanın Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyət tətbiq edib.

Məhdudiyyətlərin tətbiq edilməsi hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin olunması ilə əlaqələndirilir.

Qərarın müddəti və uçuşların nə vaxt tam bərpa olunacağı barədə əlavə məlumat verilməyib. Bu hava limanlarının fəaliyyəti daha əvvəl də təhlükəsizlik səbəbilə, o cümlədən Moskva vilayətinə PUA hücumları zamanı müvəqqəti məhdudlaşdırılıb.

Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo Moskva aviasiya qovşağının əsas hava limanlarıdı

Aytac 

Mənbə: anews.az

Xəbər lenti

Prezident fərman imzalayıb

Sabah 37 dərəcə isti olacaq