Image

Sumqayıt Sənaye Parkında burger və hot-doq bulkası istehsal olunacaq

Sumqayıt Sənaye Parkında 27,5 milyon manatlıq investisiya ilə burger və hot-doq üçün bulka istehsalı müəssisəsinin yaradılması planlaşdırılır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Məlumata görə, layihəni həyata keçirəcək “Bimbo QSR Azərbaycan” MMC-yə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

Müəssisədə illik 150 milyon ədəd bulka istehsal edilməsi və 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. İstehsalda yerli xammaldan istifadə ediləcək.

Hazırlanacaq məhsulların Azərbaycan bazarı ilə yanaşı, region ölkələrinə ixracı da planlaşdırılır.

Mənbə: anews.az

Xəbər lenti