Azərbaycanda nəqliyyat və anbar sektorunda xidmətlər 7,1% artıb
Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində göstərilən xidmətlərin həcmi 2026-cı ilin yanvar-iyul aylarında real ifadədə 7,1% artaraq 9,2 milyard manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə göstərilən xidmətlərin 5,53 milyard manatı və ya 60,1%-i yük daşınması, 2,52 milyard manatı və ya 27,4%-i sərnişin daşınması, 1,15 milyard manatı və ya 12,5%-i anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
Yanvar-iyulda nəqliyyat sektorunda 140,8 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur.
Yüklərin 63%-i avtomobil, 25,9%-i boru kəməri, 7,4%-i dəmir yolu, 3,6%-i dəniz və 0,1%-i hava nəqliyyatı ilə daşınıb.
Bu dövrdə nəqliyyat sektorunda 1,29 milyard sərnişin daşınıb ki, bu da illik müqayisədə 8,6% artım deməkdir. Sərnişin daşımalarının 89,3%-i avtomobil nəqliyyatının, 10%-i isə metronun payına düşüb.
Aytac
Mənbə: anews.az