Image

Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın müdafiə sazişini alqışlayıb

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini alqışlayıb və bunun Yaxın Şərq ölkələrinin təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığını göstərdiyini açıqlayıb. 

Tramp “Truth Social” platformasında sazişdən məmnun olduğunu bildirərək, onun Yaxın Şərqin bir araya gəldiyini və ölkələrin özlərini daha effektiv müdafiə edə biləcəyini göstərdiyini qeyd edib.

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan sazişi avqustun 7-də Məkkədə imzalayıb. Saziş üç ölkə arasında kollektiv müdafiə və hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Türkiyənin açıqlamasına görə, sənəd çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq və yüksək səviyyəli siyasi-hərbi koordinasiya mexanizmlərinin yaradılması planlaşdırılır.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Abbasəli Novruzov vəfat etdi