FHN: ötən həftə 685 yanğına çıxış olub
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri ötən həftə ərzində 685 yanğına çıxış edib, ümumilikdə 46 nəfəri xilas edib.
FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında 33 köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə də qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ şəkildə söndürülüb və insanların həyatının xilas edilməsi təmin olunub.
Xilas edilən 46 nəfərdən 10-u azyaşlı olub. Yanğınlar zamanı 5 nəfər xəsarət alıb, 13 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Mənbə: anews.az