Image

Almaniyalı futbolçu Niklas Fyullkruq "Verder"ə keçib

İngiltərənin "Vest Hem" klubunun futbolçusu Niklas Fyullkruq Almaniya təmsilçisi "Verder"ə keçib.

 Bundesliqa komandası 33 yaşlı hücumçunu icarəyə götürüb.

"Verder"in yetirməsi olan forvard 2012-2014 və 2019-2023-cü illər aralığında bu komandanın formasını geyinib.

Niklas Fyullkruq 2026-cı ilin yanvarından icarə əsasında oynadığı İtaliyanın "Milan" klubunun heyətində 20 matçda 1 qolla yadda qalıb.

Mənbə: anews.az

Xəbər lenti