Image

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

Ermənistan sülhün möhkəmləndirilməsi çərçivəsində yaxın beş il ərzində Azərbaycanla ticarət əlaqələrinin inkişaf etdirilməsini planlaşdırır.Bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqram layihəsində bildirilib.

Sənəddə qeyd olunub ki, sülhün institusionallaşdırılması və möhkəmləndirilməsi məqsədilə Ermənistan hökuməti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin imzalanması və ratifikasiyası, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsi, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri və işgüzar dairələri arasında təmasların və ikitərəfli ticarətin fəallaşdırılması istiqamətində tədbirləri davam etdirəcək.

Mənbə: anews.az

Xəbər lenti