Image

"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandda “Tvente”ni 1:0 hesabı ilə məğlub edib.

Ensxede şəhərində keçirilən qarşılaşmada Azərbaycan təmsilçisinin yeganə qolunu 52-ci dəqiqədə Kadi Borges vurub.

Komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb.

Qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir.

Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

 

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Niderlandda üz-üzə gələcək "Tvente" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Tvente": Unnerştall, Van Roy, Nistad, Pröpper (k), Adelqard, Zeruki, Vaydman, Daan Rots, Veqhorst, Öryaseter.

Baş məşqçi: Con van den Brom.

"Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı.

Baş məşqçi: Qurban Qurbanov.

Mənbə: anews.az

Xəbər lenti