Image

Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub

 

Xalq artisti, görkəmli bəstəkar və pedaqoq, professor Tofiq Bakıxanov avqustun 25-də II Fəxri xiyabanda dəfn edilib.

Dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, sənət dostları, mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim zamanı mərhumun ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri və əklillər qoyulub.

Dəfndən əvvəl Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan bəstəkar avqustun 23-də 96 yaşında vəfat edib.

Mənbə: anews.az

Xəbər lenti