Image

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - sərəncam

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

"Sabah" avqustun 25-də UEFA Çempionlar Liqasının pley-offunda İsrailin "Hapoel" (Beer-Şeva) komandasını iki oyunun nəticəsinə (1:2, 5:2) əsasən mübarizədən kənarlaşdıraraq turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb