Image

Şahbuzda minaatan mərmi aşkarlandı - FOTO

Şahbuz rayonu Daylaqlı kənd ərazisində sursat aşkar edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan mərmisi olduğu müəyyən olunub.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Prezident fərman imzalayıb

Sabah 37 dərəcə isti olacaq