"Qarabağ" nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb
"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib.Bu barədə klubdan məlumat verilib.
Ağdam təmsilçisi Polşanın “Qurnik” (Zabje) klubundan Taofik İsmahili heyətinə qatıb.
26 yaşlı nigeriyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. İsmahil “Qarabağ”da 19 nömrəli formanı geyinəcək.
Karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad” və “Valerenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren”, Polşanın “Lex” və “Qurnik” klublarında çıxış edən futbolçu 2024-cü ildən Polşa təmsilçisinin formasını geyinirdi.
Mənbə: anews.az