Image

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci il cüdo üzrə dünya çempionatı İsveçrənin Lozanna şəhərində keçiriləcək.Bu barədə Beynəlxalq Cüdo Federasiyası (IJF) məlumat yayıb.

Məlumata görə, çempionatın keçirilməsi ilə bağlı müqavilə IJF və İsveçrə Cüdo Federasiyası arasında imzalanıb.

İsveçrə Cüdo Federasiyasının prezidenti Sergey Aşvanden bildirib ki, 2026 və 2027-ci illərdə ölkədə keçiriləcək Böyük Dəbilqə turnirlərindən sonra 2028-ci il dünya çempionatı İsveçrədə cüdonun inkişafına töhfə verəcək.

Böyüklər arasında cüdo üzrə 2026-cı il dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək. 2027-ci il dünya çempionatına isə Qazaxıstan ev sahibliyi edəcək.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb