Image

Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub

Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyətinə həsr olunmuş əl işləri sərgisini ziyarət edib.

Qırğızıstanın birinci xanımı Aygül Japarova ilə yanaşı sərgidə Çinin birinci xanımı Pen Liyuan, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva da iştirak ediblər. Qonaqlara ənənəvi qırğız dekorativ-tətbiqi sənət nümunələri və əl işləri təqdim olunub.

Sərgi ilə tanışlıqdan sonra birinci xanımlar üçün uşaq yaradıcılıq kollektivlərinin ifasında konsert proqramı təşkil edilib.

Mənbə: anews.az

Xəbər lenti

Əliyev Putinlə söhbət edib