Image

"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

“Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.Bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.

Azərbaycan çempionu Liqa mərhələsində dörd rəqibini Bakıda qəbul edəcək.

“Sabah”ın ev oyunlarının təqvimi belədir:

II tur 13 oktyabr, saat 20:45 “Sabah” – “Slaviya” (Çexiya)

III tur 20 oktyabr, saat 20:45 “Sabah” – “Borussiya Dortmund” (Almaniya)

V tur 25 noyabr, saat 21:45 “Sabah” – “Barselona” (İspaniya)

VII tur 20 yanvar 2027-ci il, saat 21:45 “Sabah” – “Napoli” (İtaliya)

Azərbaycan çempionu digər dörd görüşünü səfərdə keçirəcək. “Sabah” sentyabrın 10-da “Mançester Yunayted” (İngiltərə), noyabrın 4-də “Vikinq” (Norveç), dekabrın 8-də “Vilyarreal” (İspaniya), yanvarın 27-də isə “Arsenal” (İngiltərə) ilə qarşılaşacaq.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb