Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
Azərbaycan millisinin Litvada keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsi oyunu üçün azarkeş biletləri onlayn satışa çıxarılıb.Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Bildirilib ki, azərbaycanlı azarkeşlər üçün 228 və 229-cu sektorlar ayrılıb. Həmin sektorlara biletlərin qiyməti 14 avrodur.
Litva-Azərbaycan oyunu sentyabrın 27-də Kaunas şəhərindəki “Dariaus ir Gireno” stadionunda keçiriləcək. Qarşılaşma yerli vaxtla saat 16:00-da, Bakı vaxtı ilə isə saat 17:00-da başlayacaq.
Mənbə: anews.az