Image

Sevda Məmmədzadə vəfat edib

Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə 95 yaşında vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə onun qızı Gültən Ramazanova bildirib.

O qeyd edib ki, Sevda Saleh müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.

Sevda Saleh sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları qoyulmuşdu.

Mənbə: anews.az

Xəbər lenti