Image

Tramp Pezeşkianla görüşə hazır olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşə, böyük ehtimalla, açıq olduğunu bildirib.

Tramp bu barədə "Fox News" telekanalına açıqlamasında deyib.

"Fox News" jurnalisti Trey İnqst bildirib ki, o, Trampdan Baş Assambleyanın yüksək səviyyəli həftəsi zamanı Pezeşkianla görüşüb-görüşməyəcəyini soruşub.

"Prezidentdən İran lideri ilə görüşə açıq olub-olmayacağını soruşdum. O, belə bir görüşə böyük ehtimalla açıq olduğunu bildirdi", - İnqst deyib.

Mənbə: anews.az

Xəbər lenti